Ölkədə ilk özəl kiber təhlükəsizlik R&D mərkəzinin açılışı oldu

Updated: Feb 23

Bakı. Trend:

"Defscope" MMC-nin yerli və qlobal bazardakı təcrübəsinə əsaslanaraq, 30 noyabr 2021-ci il tarixində, Beynəlxalq Kompüter Təhlükəsizliyi Günündə Azərbaycanda kiber təhlükəsizlik üzrə ilk Təlim, Araşdırma və İnkişaf Mərkəzi yaradılıb. Açılışın məhz bu tarixdə olması təsadüf deyildir. İlk yarandığı gündən ölkəmizdə dövlət, ictimaiyyət və bizneslərin İnformasiya Təhlükəsizliyinin qorunması üçün peşəkar kadr ehtiyatının hazırlanması, yeni xidmət və məhsulların araşdırılıb inkişaf etdirilməsi şirkətin missiyasına çevrilmişdir.

Rəsmi adı "Defscope TRD" olan mərkəzdə Araşdırma və İnkişafla yanaşı, Kiber təhlükəsizlik üzrə spesifik təlimlər artıq açıq elan edilib və sorğuların qəbuluna başlanılıb. Mərkəzin saytını ziyarət edərək Təlim proqramları ilə tanış ola bilərsiniz.

Veb-sayt: defscopetrd.com

E-poçt: info@defscoeptrd.com

Tel: (055) 204 19 12, (012) 409 25 65

Ünvan: Bakı, Azərbaycan, Heydər Əliyev prospekti 115, Caspian Sport Plaza, AZ 1029



1 view0 comments