top of page

Azərbaycanda ilk “İnformasiya Təhlükəsizliyinin idarə edilməsi” təliminə qeydiyyat başlamışdır!

Updated: Feb 23, 2022

Azərbaycanda ilk “İnformasiya Təhlükəsizliyinin idarə edilməsi” təliminə qeydiyyat başlamışdır!


DEFSCOPE şirkətinin təsisçi və direktoru, INSECO-nun həmtəsisçisi, Sirius şirkətinin (ABŞ) aparıcı məsləhətçisi Vüsal Salmanlı tərəfindən keçiriləcək təlimdə İnformasiya Təhlükəsizliyi sahəsində fəaliyyət göstərən idarəçilər və konsultantlar üçün informasiya təhlükəsizliyində risklərin effektiv idarə edilməsi və idarəetmə üzrə ən yaxşı beynəlxalq təcrübələr, onların səmərəli tətbiqi yolları tədris ediləcək.


Effektiv risk qiymətləndirmə və analizi metodologiyaları;


Mövcud kiber təhlükəsizlik çərçivələri və onların effektiv istifadəsi;


Müqavilə, hüquqi, sənaye və gizlilik tələblərinə uyğunluq ölçülərinin təyin edilməsi;


İnformasiya Təhlükəsizliyi strategiyasının hazırlanması;


İnsan davranışlarının dəyişməsinə kömək edə biləcək və təhlükəsizlik risklərindən xəbərdar bir korporativ mühitin formalaşdırılması üçün lazım olan maarifləndirmə tədbirləri və təlimlərin təşkili, səmərəli icrası metodları və s.



Təlim Müddəti: 2.5 ay



Bu təlimin proqramı və digər təlimlərlə bağlı az.defscopetrd.com/catalog

hissəsindən tanış ola bilərsiniz.


Əlavə suallar üçün:

(055) 204 19 12




48 views0 comments
bottom of page