Caspian Energy Clubla "İnformasiya Təhlükəsizliyi və onun biznes üçün əhəmiyyəti” adlı vebinar

Updated: Feb 22


28 oktyabr 2021-ci il tarixində “DEFSCOPE” MMC-nin günümüzün daim inkişaf edən kiber təhdidləri haqqında məlumatlılığı artırmaq üçün "Kiber Təhlükəsizlik Maarifləndirmə Ayı" ərzində informasiya təhlükəsizliyi mövzusunda keçirdiyi silsilə vebinarlarından sonuncusu yekunlaşdırıldı. "Caspian Energy Club"un təşkilatçılığı ilə "İnformasiya Təhlükəsizliyi və onun biznes üçün əhəmiyyəti” adı altında keçirilən vebinarda spiker qismində DEFSCOPE şirkətinin təsisçisi və qurucusu Vüsal Salmanlı, həmçinin kibertəhlükəsizlik üzrə aparıcı mütəxəssisi Xəyalə Əliyeva iştirak etmiş, biznes subyektlərini "İnformasiya Təhlükəsizliyi və onun biznes üçün əhəmiyyəti" mövzusunda məlumatlandırmış və kiber hücumlardan müdafiə yolları haqqında danışmışdırlar. Təqdimatdan sonra vebinar iştirakçılarının informasiya təhlükəsizliyi ilə bağlı sualları cavablandırılmışdır. Ətraflı izləmək üçün aşağıdakı YouTube linkinə keçid edə bilərsiniz.


https://www.youtube.com/watch?v=Tbf8-85XTjw









0 views0 comments