top of page

DEFSCOPE-un kibertəhlükəsizlik BootCamp-nın əhatə etdiyi "Security+" sertifikatının üstünlükləri



CompTIA Security+ Sertifikatı nədir?

“İnsan səhvləri təhlükəsizlik qaydalarının pozulması hallarının 90%-dən çoxunu təşkil edir”. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının araşdırmaları belə bir nəticə ilə sonlanıb. Təbii ki, hər gün yenilənən texnologiyanın sürətinə çatmaq üçün İT biliklərimizi nə qədər möhkəmləndirsək də, bəzən təhlükəsizlik məsələlərində aciz qalırıq. Bu cür problemlərin təşkilatlara milyonlarla dollar zərər verdiyini nəzərə alsaq, xüsusilə, İT sahəsində çalışanların təhlükəsizlik haqqında məlumatlılığının artırılması böyük əhəmiyyət daşıyır. Hazırda dünyada CİSCO, EC-Council, ISA, (ISC)², Amazon və ISACA kimi bir sıra təşkilatlar həmin şəxslərə İT sahəsində bilik və bacarıqlar aşılayaraq, onları göstəricilərinə uyğun sertifikatla təmin edirlər.

CompTIA şirkətinin təsis etdiyi “Security+” sertifikatı sistem, şəbəkə və təhlükəsizlik administratoru, junior İT auditoru, təhlükəsizlik mütəxəssisi, məsləhətçisi və mühəndisi kimi bir çox sahədə çalışanların, yaxud gələcək namizədlərin savad dərəcəsini göstərəcək ən ideal göstəricilərdəndir. Bu sertifikatın əsas üstünlüyü namizədlərin kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının qiymətləndirilməsinin performansa əsaslanan suallar əsasında baş verməsidir. Yəni, əgər işi yerinə yetirə bilmirsinizsə, imtahandan keçmək o qədər də asan olmayacaq. Məhz təcrübəyə əsaslanan yoxlanış forması olduğuna görə, işəgötürənlər namizədlərin uyğunluq dərəcəsini yoxlamaq üçün “Security+” sertifikatını standart kimi götürürlər. Bundan əlavə, CompTIA Security+ sertifikatı Northrop Grumman, Nationwide, Brotherhood Mutual və digər bu kimi təşkilatların köməkliyi ilə hazırlanıb. Bu sertifikata sahib olmayan namizədlərin İT sahəsində başlanğıc səviyyədə belə iş əldə etmələri çətindir.

Hazırda Defscope komandası olaraq, biz azərbaycanlı gənc mütəxəssislərə həmin sertifikatı əldə etmək imkanı yaradan şirkətlərdənik. Uzun müddətdir qlobal arenada da kiber təhlükəsizlik üzrə fəaliyyət göstərən Defscope şirkəti gənc mütəxəssisləri “Security+” sertifikatını əhatə edən bilik və bacarıqlara yiyələndirəcək kadr potensialına sahibdir. Şirkətin təşkil etdiyi və hazırda da davam edən kiber təhlükəsizlik Bootcamp-nın əsas fokus nöqtəsi “Security+” sertifikatını əldə etmək üçün ehtiyac olan nəzəri və praktiki bilikləri verməkdir. Təlimlərin həm nəzəri, həm də praktiki formada təşkil olunması iştirakçıları CompTIA Security+ sertifikatının performans əsaslı imtahanına tam hazırlayır. O cümlədən, Bootcamp-ın təlimləri ərzində iştirakçılar Security+ imtahanında tələb olunan təhdid, hücum və zəifliklər, texnologiya və problemləri həll edən şəbəkə komponentləri, təhlükəsiz şəbəkə arxitekturası və sistem dizaynı, risklərin idarə edilməsi və biznesə təsiri, kriptoqrafiya və PKI kimi əsas sahə biliklərinə tam yiyələnirlər. “Security+” sertifikatını əldə edən şəxslər başlanğıc və orta səviyyəli kiber təhlükəsizlik işlərini əldə etmək imkanına sahib olurlar.

CompTIA Security+ sertifikatını kimlər ala bilər?

Hansı metodu seçməyinizdən asılı olmayaraq, bu sahəni öyrənmək və CompTIA Security+ sertifikatı əldə etmək gənc mütəxəssislər üçün böyük üstünlük olmaqla yanaşı, bu sahədə karyeraya başlama imkanı yarada bilər. Əlavə olaraq, bu sertifikatı əldə etmək hansısa ön şərt tələb etmədiyinə görə, hər kəsin, o cümlədən, kiber təhlükəsizlik sahəsində yeni fəaliyyətə başlayanların “Security+” sertifikatını əldə etməyinə heç bir maneə yoxdur. Bu sertifikatı əldə etmək istəyənlər üçün tövsiyə isə İT sahəsində iki illik təcrübəyə malik olmalarından ibarətdir. Həmin şəxslər əvvəlcə CompTIA şirkətinin təsis etdiyi digər sertifikatları əldə etməklə bu təcrübəyə müəyyən qədər yiyələnə bilərlər. “A+” və “Network+” sertifikatlarını da əldə etmək İT sahəsində fəaliyyət göstərənlərə yüksək gəlirli iş imkanı qazandıracaq. Əgər xüsusi olaraq, kiber təhlükəsizlik sahəsində karyera qurmaq planınız varsa, “Security+” sertifikatı ilə yanaşı, “Network+” və “PenTest+” sertifikatlarını əldə etməyiniz məsləhət görülür. “A+” ümumi olaraq İT anlayışı haqqında əsas bilikləri təqdim edir. “Network+” sertifikatı isə şəbəkə təhlükəsizliyi ilə bağlı bilik və bacarıqları qazandırmaqla, qarşıdakı dövrdə yüksək səviyyəli karyera qurmaq imkanı qazandıracaq.

Security+ sertifikatının yaratdığı karyera imkanları

Hazırda kiber təhlükəsizlik sahəsinin gələcək mütəxəssislərini maraqlandıran əsas məsələ CompTIA Security+ sertifikatı əldə etməyin karyera üçün hansı müsbət təsirlərinin olmasıdır. “Security+” sertifikatı namizədlərə İT sahəsində qapıları açacaq çox yaxşı imkandır. İşə götürənlərin hamısı namizədlərindən bu sertifikatı tələb edirlərmi? - Xeyr. Ancaq tələb edənlərin sayı kifayət qədər çoxdur. İstər yerli, istərsə də beynəlxalq arenada “Security+” sertifikatına sahib olmaq namizədlər arasında bir rəqabət göstəricisidir. Yəni rəqibinizlə bütün göstəriciləriniz eyni olduğu halda, ondan fərqli olaraq əgər “Security+” sertifikatınızın yoxdursa, nəticədə siz ona uduzacaqsınız.

Hazırda Defscope şirkəti olaraq təşkil etdiyimiz Bootcamp-ın da əsas üstünlüyü iştirakçıların yerli və beynəlxalq arenada iş əldə etmək imkanlarının yüksək olmasıdır. Bunun səbəbi isə təlimlərin “Security+” sertifikatını əhatə etməsidir. Bootcamp-ın təlimləri zamanı iştirakçılar 5 həftəlik hazırlıq keçməklə “Security+” sertifikatını əldə edə biləcək biliklərə yiyələnəcəklər. Gələcəyin mütəxəssisləri bu sertifikatın üstünlüyünü nəinki işə qəbul olarkən, həmçinin iş mühitində də görəcəklər. Belə ki, CompTIA Security+ sertifikatına sahib olan sistem, şəbəkə və təhlükəsizlik administratorları, o cümlədən, təhlükəsizlik mütəxəssisləri, məsləhətçiləri və mühəndisləri yüksək gəlirli iş imkanları əldə edəcəklər. ABŞ-da CompTIA Security+ ilə əhatə olunan iş yerlərində çalışanların orta aylıq əməkhaqqı 81 000 dollarla 130 000 dollar ətrafında dəyişir. Bu kateqoriyadakı işlərin 2026-cı ilə qədər 6%-dən çox artacağı proqnozlaşdırılır.



117 views0 comments
bottom of page