top of page

Texniki universitet və Defscope arasında yeni əməkdaşlıq.

Updated: Feb 23, 2022

"Defscope ilə böyü" proqramı davam edir!


Gənclərin inkişafında hər zaman öz dəstəyini göstərən Defscope MMC yerli əmək bazarına töhfə verməkdə davam edir.


Bu yaxınlarda Defscope şirkəti və Azərbaycan Texniki Universiteti arasında tələbə təcrübə proqramı ilə əlaqədar müqavilə bağlandı. Müqaviləyə əsasən AzTU-nun kiber təhlükəsizlik ixtisası üzrə magistr təhsili alan və sonuncu kurs olan 10 tələbəsi Elmi - Tədqiqat Təcrübəsini Defscope şirkətində keçəcəkdir. 1 ay davam edəcək təcrübə proqramı ərzində tələbələr Defscope şirkətinin ixtisaslaşmış əməkdaşlarının təcrübə və biliklərindən yararlanaraq kiber təhlükəsizlik sahəsi üzrə öz bacarıqlarını inkişaf etdirə biləcəklər.


Bundan sonra da Defscope şirkəti gənclərin inkişafı istiqamətində addımlar atmaqda davam edəcəkdir!


+994(12)4092665


41 views0 comments
bottom of page