top of page

Xeyriyyə məqsədli layihə baş tutub

DEFSCOPE şirkətinin nəzdində fəaliyyət göstərən sosial komitə tərəfindən "Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il" münasibəti ilə xeyriyyə məqsədli layihə baş tutub.


KSM - Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 24 dekabr tarixində şirkətin dəstəyi və bu təşəbbüsü dəstəkləyən fərdlərin dəstəyi ilə birgə Binəqədi rayonunda yerləşən "Qadın və Uşaq Sığınacağı" ziyarət edilib. Sığınacağın ehtiyaclarına uyğun olaraq toplanan geyim, kitab və ianələr vasitəsi ilə alınan əşyalar sığınacağa təqdim edilib.


DEFSCOPE şirkəti ənənəsinə sadiq qalaraq daim ianələrini etməkdə davam edəcəkdir.


Bu təşəbbüsün baş tutmasında yaxından iştirak edən, ianələr edən hər bir kəsə təşəkkür edirik!



34 views0 comments
bottom of page